12:06
(077) 610-22-33

Xəzər üzərində qəribə bədheybət – Video

  • >
1 945 7 Dekabr 2013 12:50 | Maraqlı

1967-ci ilin avqust ayında Amerikanın kəşfiyyatçı peyki Yerə sensasiyalı şəkillər göndərib.

Şəkildə təyyarəyə bənzər böyük aparat təsvir olunub. Onun uzunluğu 100 metr, ağırlığı 500 ton olub və o, Xəzər dənizinin üzərində 500 km/s sürətlə hərəkət edib.

Pentaqon analitikləri bu obyekti "Xəzər qulyabanısı" adlandırır. Bu cür texnikanın yaranması Sovetlər Birliyini dəniz supergücü edib. O vaxt suyun müqavimətinə görə gəmilərin sürəti çox aşağı olub.

Rus alimi Alekseyevin ağlına bütün situasiyanı dəyişəcək bir ideya gəlir. O, təklif edir ki, gəmilərə sualtı qanad qoyulsun.

Konstruktorun bu yeniliyi suyun müqavimətini azaldaraq gəmilərin sürətlə hərəkət etməsinə səbəb olub. Sürəti daha da artırmaq üçün onun ağlına daha da möhtəşəm bir fikir gəlir. Bunun üçün gəmiləri ümumiyyətlə, suyun üzünə qaldırmaq lazım idi. Öz layihəsini həyata keçirmək üçün Xruşşovdan razılıq alandan sonra o, təcrübə aparmaq üçün nəzərlərdən uzaq tənha bir yer tapmalı idi. Nəticədə o, Çikalovsk şəhərciyini seçir.

Maket gəmi 4 il sonra hazır olur. Birinci sınağın Xəzər dənizində 1967-ci ildə keçirilməyi planlaşdırılırdı. Əməliyyat gizli sayıldığından onu Volqa çayı ilə Xəzərə bir aya gətirirlər. Lakin bu əməliyyat ancaq SSRİ əhalisi üçün gizli sayıla bilərdi, çünki ABŞ-ın artıq bu qəribə super qurğudan xəbəri var idi və onu araşdırmaq üçün artıq qrup da yaradılmışdı.

"Xəzər qulyabanısı" bütün ekranoplanların prototipi idi. Ekranoplanlar radara düşmürdü və minalanmış zonalardan rahat keçə bilirdi. Hələ ki, heç bir ölkə Alekseyevin uğurunu təkrarlaya bilməyib.(axar.az)


Bağla X