Ərəblər, çinlilər, yaponlar arasında isə solaxayların faizi daha yüksəkdir Ərəblər, çinlilər, yaponlar arasında isə solaxayların faizi daha yüksəkdir

Ümumdünya Solaxaylar Günü qeyd olunur

Ərəblər, çinlilər, yaponlar arasında isə solaxayların faizi daha yüksəkdir


13 avqust tarixi Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur. Bu bayram ilk dəfə britaniyalı solaxaylar klubunun təşəbbüsü ilə 1992-ci ildə qeyd olunub. Klubun əsas narahatlığı ölkənin bir çox məktəblərində solaxay uşaqların sağ əllə yazmağa məcbur edilməsi idi. Bu hal şagirdlərdə stress yaradır və onların davamiyyətini aşağı salırdı. Həmin gün bütün dünya solaxayları məhsul istehsalçılarının diqqətini onların da tələbatlarına yönəltməyə çalışır, müxtəlif yarış və tədbirlər təşkil edirlər.


Qeyd edək ki, Solaxaylar xüsusi istedada malik olurlar. Onlara idmanın müxtəlif sahələrində rast gəlmək olar. Sübut olunub ki, idmanda solaxay olmaq həmişə həmin insanların xeyrinə işləyib. Solaxayların bədii yaradıcılığa daha həssas olduğu bildirilir. Solaxaylar sənətə-rəssamlığa, musiqiçiliyə, bəstəkarlığa, memarlığa meyilli adamlar, qeyri-standart ideyalar sahibidirlər.


Cinayətkar solaxaylar arasında fırıldaqçılar, dələduzlar, saxta pul kəsənlər əksəriyyət təşkil edir. Solaxay insanlar kompüter oyunları oynayarkən və ya idmanla məşğul olarkən daha sürətlə düşünə bilirlər. Dünyanın elə bölgələri var ki, orada solaxay insanların doğulması həmişə stabil olub. Ərəblər, çinlilər, yaponlar arasında isə solaxayların faizi daha yüksəkdir.


Elza

AzNews.az