19:53
(077) 610-22-33

Mobil elektron imza sahiblərinin sayı artıb

  • >
995 1 Fevral 2014 13:49 | Maraqlı

Azərbaycanda bu ilin yanvar ayında verilən "ASAN imza" mobil elektron imza sertifikatlarının ümumi sayı təqribən 2,4 faiz artıb.


Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samir Musayevin sözlərinə görə, "ASAN" Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən verilən sertifikatlar 22 974 ədədə çatıb: "Bununla yanaşı, hüquqi şəxslərə 11 947, fiziki şəxslərə 10 962, dövlət qulluqçularına isə 65 ədəd mobil elektron imza verilib".

Qeyd edək ki, Vergilər Nazirliyinin qərarı əsasında yaradılmış Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) - autentifikasiya və "ASAN imza" mobil elektron imza sertifikatlarını təqdim edir və dövlət strukturları, özəl sektor və vətəndaşlar tərəfindən sertifikatların və elektron imzaların istifadəsini təmin edən digər xidmətləri həyata keçirir.

Mərkəz 2013-cü il aprelin 9-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən akkreditə edilmiş və dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərə təkmil sertifikat vermək hüququna malikdir.

AzNews.az
Bağla X