02:22
(077) 610-22-33

1330 işçi ilə əmək müqaviləsi bağlanılıb- iki ayda

  • >
680 13 Mart 2014 11:05 | Maraqlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin yanvar-fevral aylarında ayrı-ayrı müəssisələr üzrə 1330 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 55 kollektiv müqavilə bağlanılıb.

Son iki ayda işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 137070 manat məbləğində sosial xarakterli ödəmələrin, o cümlədən 129144 manat əmək haqqının, 6929 manat zərərə görə ödəncin, 997 manat sosial müavinət və kompensasiyanın ödətdirilməsinə nail olunub.

AzNews.az
Bağla X