10:55
(077) 610-22-33

Gənc qız mollanı döyərək xəstəxanalıq etdi

  • >
1 533 19 Sentyabr 2012 11:50 | Maraqlı

İranın Simnan vilayətində din xadimi gənc qız tərəfindən döyülərək xəstəxanalıq olub. Hadisəyə səbəb mollanın gənc qıza geyimi barədə xəbərdarlıq etməsi olub.

"Mehr" agentliyinin verdiyi məlumata görə, din xadimi Seyid Əli Beheşti məscidə namaz qılmağa gedən zaman yolda iki qız görüb. Mollanın dediyinə görə, qızlar islami geyim qaydalarına riayət etmədiyindən onlara xəbərdarlıq edib. Lakin qızlardan biri "Mənə deyincə sən gözlərini yum" deyərək mollaya cavab qaytarıb.

Daha sonra mollanın qıza təkrar "patlarının düzəlt" deməsi vəziyyəti gərginləşdirib. Bu sözdən əsəbləşən gənc qız mollaya hücum edib və yumruq zərbəsi ilə onu yerə sərib. Ardınca mollanı ayaq zərbələri ilə döyməyə başlayıb.

Hazırda S.Ə. Beheşti xəstəxanadadır və ətrafdakıların yardımı olmadan şəxsi ehtiyaclarını yerinə yetirə bilmir. Hadisə ilə bağlı araşdırma aparılır.

Alpər
AzNews.az
Bağla X