12:21
(077) 610-22-33

“Google”nin yaranma günüdür

  • >
512 27 Sentyabr 2012 11:37 | Maraqlı

"Google" dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. "Google" internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.

Stenfordda Tibb məktəbinin iki tələbəsi, Larry Page və Sergey Brin, "Google"ni 1996- 1998-ci ildə 25 milyon dollar sərmayə qoyaraq şirkəti qurublar. Şirkətin "GooglePlex" adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. Şirkətin sərmayə ortaqları, Kleiner Perkins Caufield & Byers və Sequoia Capitalıdı.

"Google" öz tarixinə 1996-cı ilin yanvar ayından başlayıb. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələri Larry Page və Sergey Brin tərəfindən tədqiqat layihəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi. Larry Page və Sergey Brin başlanğıcda sürətli işləməsi olaraq "BackRub" adlı bir axtarma sistemi üzərində çalışmağa başlayıb. Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirməkdir. Onlar bunun üçün yeni bir texnologiya yaratdılar. Bu texnologiya, interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Bu səbəbdən qısa zamanda adları tanınmağa başladı.

Bu gün "Google"dən gün ərzinə 151 milyon insan istifadə edir və" Google həyatımzın dəyişməz parçasına çevrilib

Əminə
AzNews.az
Bağla X