09:45
(077) 610-22-33

Hər gün dünyada 700 uşaq oğurlanır - Şok statistika (VİDEO)

  • >
2 738 5 May 2015 21:52 | Maraqlı

ABŞ-ın Los Anceles şəhərində parkda analarıyla birlikdə gəzən uşaqlar yanlarına gələn yad bir şəxs tərəfindən asanlıqla aldadılaraq qaçırılıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Bu görüntülər ABŞ-da bir parkda çəkilib. Uşaq parkında oynayan uşaqların yanına yaxınlaşan bir şəxs əvvəl itini uşağa sevdirib. Sonra uşağa nəsə söyləyib. Görüntülərdə həmin şəxsin uşağın əlindən tutaraq parkdan çıxardığı görünür.

Eyni şəxs bir müddətdən sonra yenidən parkda görünür. Bu dəfə hədəfində başqa bir uşaq var. Və yenə eyni nömrə. Və ikinci uşaq da o şəxsin yanında parkdan uzaqlaşır. Bu görüntü dəfələrlə təkrarlanır.
Uşaqların it sevgisindən istifadə edən şəxs uşaqları özü getməyə razı etməkdə heç bir çətinlik çəkmir. Uşaqlar isə ana və atasının olmamasına baxmayaraq o şəxslə birlikdə parkdan uzaqlaşır. Uşaqları yanında aparmaq üçün "Digər iti də görmək istəyirsənmi?" sualı kifayət edir.

Əslində bu, ana və atalara təhlükənin nə qədər yaxında olduğunu göstərən şokedici bir sosial təcrübədən başqa bir şey deyil. Həmin şəxs uşaqlarla danışmazdan əvvəl analarından icazə istəyir. Uşaqlarının yad birisi ilə əsla getməyəcəyinə əmin olan analar bu icazə verməkdə bir maneə görmür.

Təcrübəni həyata keçirən şəxs Joey Saladsdır. O, hər gün 700, hər il isə 250 min uşağın bu şəkildə qaçırıldığını deyir.


Bağla X