20:00
(077) 610-22-33

Koreyalılar bunu da bacardı - Qalınlığı 1 mm-dən az olan televizor

  • >
3 688 21 May 2015 10:10 | Maraqlı

“LG” şirkəti orqanik işıq diodları (“OLED”) texnologiyası ilə hazırlanan və ekranı 55 düymlük, qalınlığı isə 1 mm-dən az olan televizor prototipini nümayiş etdirib.


AzNews.az ICTnews-a istinadən xəbər verir ki, bu haqda məlumatı "The Korea Times" portalı yayıb.

Qurğu Seulda keçirilən sənaye sərgisində təqdim edilib. Televizorun çəkisi təxminən 2 kq-dır və maqnit altlığının köməyi ilə divara bərkidilir.

Nümayiş etdirilən modelin kütləvi istehsala çıxarılma tarixi açıqlanmayıb.

Orqanik işıq diodları texnologiyası ilə hazırlanmış ekranlar işıqlandırma tələb etmir. Onlar maye kristal ekranlarla müqayisədə daha nazik və yüngüldür, həmçinin daha kontrast və enerji effektivdir, ancaq qiyməti bahadır. İndi "LG" şirkətinin əlçatan olan 55 düymlük "OLED" televizorlarının qalınlığı 4,3 mm təşkil edir.

"LG" şirkəti aparıcı "OLED" ekran istehsalçısıdır. Bu sahədə əsas rəqibi "Samsung" şirkətidir.
Bağla X