03:17
(077) 610-22-33

“Harri Potter və Alov Qədəhi” - Yeni kitab

  • >
1 602 9 Avqust 2016 10:10 | Mədəniyyət

“Qanun” nəşrlər evi yeni kitabı satışa çıxarıb.


AzNews.az xəbər verir ki, oxucuların ixtiyarına verilən kitab məşhur "Harri Potter" seriyasının 4-cü kitabı olan "Harri Potter və Alov qədəhi"dir.

C.K.Roulinqin "Harri Potter və Alov Qədəhi" əsəri haqda qısa məlumatı təqdim edirik:

Yay tətili uzanır, qəhrəmanımız Harri isə məktəbin başlamasını səbirsizliklə gözləyir. Bu il onun Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbində dördüncü ilidir.

Öyrənməli olduğu sehrlər, iştirak etməli olduğu iksir və öncədən görmə dərsləri var. Amma gözlənilmədən Harrinin başının üstünü qara buludlar alır və ən qəddar düşməni ona qaçılmaz sonluq hazırlayır...

Özünəməxsus zəkası, incə yumoru, valehedici və dərin emosional ifadə tərzi ilə C.K.Roulinq necə usta yazıçı olduğunu bu kitabda da bir daha sübut edib.

Əsərin Azərbaycan dilinə tərcüməsi Gülmira Fətullayevaya məxsusdur.

Bağla X