23:41
(077) 610-22-33

Əkrəm Əylislinin Aqil Abbasa cavabı gecikmədi

  • >
1 168 5 Dekabr 2012 09:43 | Mədəniyyət

Dünən millət vəkili Aqil Abbas yazıçı Əkrəm Əylislinin vaxtilə parlamentə qeyri-demokratik yolla düşdüyü ilə bağlı açıqlama vermişdi.

Hətta A.Abbas Əkrəm Əylislini qeyri-demokratik seçildiyini etiraf etməyə də çağırmışdı.
Xalq yazıçısı Əkrəm Əylisli isə AzNews.az-a açıqlamasında kişi kimi dediyi sözə əməl etdiyini dedi: "Aqil Abbas, siz demokratik seçilmisinizsə Əkrəm Əylisli çox sevinir, təbrik edirəm.

Mən bir dəfə, o isə iki dəfə seçilib. Arzu edərdim ki, Aqil üçüncü dəfə də seçilsin. Amma özünün dediyi kimi demokratik. Mən Aqilə heç bir cavab vermək istəmirəm. Heç onun cavablıq canı da yoxdur. Mən parlamentdə olanda növbəti seçkiyə iki il qalmış bəyanat vermişdim ki, gələn seçkilərdə iştirak etməyəcəm. Sözümü dedim və kişi kimi də əməl etdim. Mənim dilimdən heç vaxt parlamentin buraxılması söhbəti çıxmayıb.

Əksinə, demişəm ki, parlamentin buraxılması söhbəti real deyil. Heç bunun üstünə getməyin adı da yoxdur. Aqil kişi, sən bunu harada oxumusan? Əkrəm Əylisli bu fikri harada və nə vaxt deyib? Biz arzu edirik ki, seçkilər xalqın istədiyi kimi keçirilsin. Bunu xalqın öhdəsinə buraxmaq lazımdır, ayrı-ayrı insanların deyil".

Bahar Rüstəmli
AzNews.az
Bağla X