22:15
(077) 610-22-33

Azərbaycanlı xanəndənin ifası beynəlxalq albomda

  • >
509 10 Dekabr 2012 12:14 | Mədəniyyət

Bu ilin oktyabr ayında Yunanıstanda keçirilən "Womex" beynəlxalq musiqi festivalının əsas iştirakçılarının ifası toplu şəklində buraxılıb. Azərbaycanı bu festivalda təmsil edən xanəndə Qoçaq Əsgərovun ifası da 10 minlərlə tirajlanan diskə daxil edilib.

AzNews.az-a danışan xanəndə bildirib ki, sözügedən yarmarka xarakterli festivalda 866 dünya musiqiçilərinin adı namizəd siyahısına daxil edilib. Münsiflər heyəti bunların arasından 34 ən yaxşı ifaçını seçərək adını festivalın proqramına daxil edib. Beynəlxalq səviyyəli tədbirin təşkilatçıları və münsiflər heyəti bir neçə həftə əvvəl isə həmin 34 ifaçıdan 20-sini müəyyənləşdirərək ifasını diskə daxil edib.
Q.Əsgərov onu da bildirib ki, diskə onun ifasında "Bayatı-Şiraz" muğamından bir parça və "Küçələrə su səpmişəm" xalq mahnısı daxil edilib: "10 minlərlə disk dünyanın 4 tərəfində satışa buraxılıb. Maraq böyükdür. Lakin Azərbaycan istisnadır. Yaxşı olardı ki, buradakı şirkətlərdən biri digər ölkələr kimi bu məsuliyyəti öz üzərinə götürərdi".
Xanəndə bildirib ki, festivala qatılmasında Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun eksperti Sənubər Bağırovanın əməyi olub. Həmin tədbirdən sonra müxtəlif ölkələrdən olan menecerlər azərbaycanlı xanəndəyə konsert təklifi ünvanlayıblar. Hazırda həmin təkliflər gözdən keçirilir.

Fuad Mədətov
AzNews.az
Bağla X