04:03
(077) 610-22-33

Aktrisanın halı pisləşdi, reanimasiyaya yerləşdirildi- “Bilmirəm, hər şey Allaha bağlı”

  • >
14 027 17 Mart 15:24 | Mədəniyyət

Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Hicran Nəsirovanın səhhəti pisləşib.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Aktrisa ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib:

“Gözümü açanda özümü xəstəxanada nasılkada gördüm. Həkimlər də başımın üstündə. Huşum özümdə yox idi, insanlar kölgə kimi görsənirdi. Həkimlər yüksək təzyiq dioqnozu qoyublar. Bir ay idi ki, baş ağrılarından əziyyət çəkirdim, amma həkimə getmədim, dedim ki, keçər. Həkimlər dedilər ki, yorğunluqdan yaranıb. Həm teatrda, həm də serillarda çəkilirəm. Müayinə zamanı daha bir xəstəlik də aşkarlandı. Sən demə şəkərim də varmış. İndi başımı da yoxlayacaqlar, bilmirəm bu hala necə gəldim?”

Hicran Nəsirova hazırda səhhətinin qaydasına düşdüyünü deyir: “İndi gözümü açıb ətrafa baxa bilirəm. İki saatdan bir yoxlanıram, həkimlər də başımın üstündə. Bütün güclərini sərf edib təzyiq və şəkərimi normada saxlamağa çalışırlar. Qalanı Allaha bağlı...”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X