Qarabağ Azadlıq Təşkilatı türk müğənnisi Özcan Dənizin erməni dilində ifasına aydınlıq gətirib. Qarabağ Azadlıq Təşkilatı türk müğənnisi Özcan Dənizin erməni dilində ifasına aydınlıq gətirib.

QAT-dan erməni mahnısı oxuyan türk müğənnisinə cavab: “Azərbaycana gələ bilməyəcək”

Qarabağ Azadlıq Təşkilatı türk müğənnisi Özcan Dənizin erməni dilində ifasına aydınlıq gətirib.

Qurumun sədri Akif Nağı AzNews.az-a açıqlamasında sənətçinin bu hərəkətini qınayıb:

Özcan Dənizin bu hərəkəti diqqətimizdədir. Türkiyədə Azərbaycan Diasporu fəaliyyət göstərir. Çox sayda Azərbaycan tələbələri təhsil alır. Həmin şəxslərə üz tutub deyirəm ki, Özcan Dənizə etiraz səsinizi qaldırın. Onun bütün tədbirlərini, konsertlərini, albomlarını baykot edin.

Akif Nağı Özcan Dənizin bundan sonra Azərbaycana gələ bilməyəcəyini deyib:

Azərbaycana gəlişindən söhbət belə gedə bilməz. Əgər o, nə vaxtsa cəhd edib Azərbaycana gəlsə, Qarabağ Azadlıq Təşkilatı ciddi cəhdlə qarşısını alacaq. Hər hansı bir konsertinin, tədbirinin keçirilməsinə imkan verməyəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az