Bu gün Azərbaycanın görkəmli yazçısı, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayevin 58 yaşı tamam olur. Bu gün Azərbaycanın görkəmli yazçısı, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayevin 58 yaşı tamam olur.

“İndi ən böyük arzularım “Neftçi” komandası ilə bağlıdır”- Çingiz Abdullayev

Bu gün Azərbaycanın görkəmli yazçısı, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayevin 58 yaşı tamam olur.

Doğum günündə AzNews.az-a müsahibə verən Çingiz Abdullayev ömrü boyu qarşısına qoyduğu bütün məqsədlərinə çatdığını bildirib:

İndi mənim bir arzum var. “Neftçi” komandası çempion olsun. Bundan başqa heç bir arzum yoxdur. Hamısını bir-bir eləmişəm. “Neftçi”ni də düzəldək, daha maraqlı olacaq.

Çingiz Abdullayevin indi ən böyük arzusunun reallaşmasına çox az qaldığını deyir:

Şübhə etmirəm ki, artıq bu yaydan etibarən “Neftçi” komandası böyük uğurlara imza atacaq.

Xalq yazçısının sözlərinə görə, elə onu ilk təbrik edən də sevimli komandası təbrik edib:

Elə gecə saat 00.00 olan kimi “Neftçi”nin direktoru Orxan müəllim zəng edərək, bütün komandanın adından məni təbrik etdi.

Çingiz Abdullayev bu gün, öz ad günü Bakıda doğmalarının və sevimli komandasının əhatəsində keçirəcək.

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev 1959-cu ildə Bakıda ziyalı ailəsində anadan olub. Çingiz Abdullayevin əsərləri 20-dən çox ölkədə tərcümə edilib çap olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Yazıçı cənub-şərqi Asiyadan tutmuş Latın Amerikasına qədər geniş bir ərazini əhatə edən "Mavi mələklər" romanını yazmaqla dünya detektiv ədəbiyyatında yeni "qlobal siyasi detektiv" janrının əsasını qoyaraq bütün dünyada bu janrın ustası kimi şöhrət qazanıb.

2005-ci ildə “Xalq yazıçısı” fəxri adını alan Çingiz Abdullayev 2009-cu ildə, doğum günündə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Səbinə Məlikova

AzNews.az