05:01
(077) 610-22-33

Gənc Tamaşaçılar Teatrında 3 əsər

  • >
611 22 Fevral 2013 08:53 | Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı 3 əsər üzərində işləyir




Kollektiv martın 9-da S.S.Axundov və A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış "Qaraca qız", martın 10-da "Dörd əkizin nağılı" adlı tamaşanı təqdim edəcək. Bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır.

Novruz bayramı ərəfəsində təqdim olunacaq üçüncü tamaşa M.Müşfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm" poeması əsasında səhnələşdirilmiş "Kosa ilə Keçəlin Şəngül, Şüngül, Məngül nağılı"dır. Tamaşa məktəblilərin tətil günlərində nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Tamaşa mart ayının 16-da göstəriləcək.


Bahar Rüstəmli
AzNews.az

Bağla X