- Köhnə - Mədəniyyət
- 10 Dekabr 2017 10:18
- 5 580
“Eurovision-2017”nin qalibinə ürək köçürülüb - Video
“Eurovision-2017” mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobral üzərində donor ürəyin köçürülməsi əməliyyatı keçirilib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat dekabrın 8-də keçirilib. Əməliyyatın uğurlu keçdiyi bildirilir.
Salvador Sobral sentyabrın sonlarında reanimasiyaya yerləşdirilib. Müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv etmişdi.
S.Sobral “Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi.