Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçaya fırıldaqçılıq edən şəxslər 10 il sonra həbs olunub. Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçaya fırıldaqçılıq edən şəxslər 10 il sonra həbs olunub.

Nurgül Yeşilçayın şikayət etdiyi şəxslər tutuldu

Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçaya fırıldaqçılıq edən şəxslər 10 il sonra həbs olunub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2008-ci ildə Turqut İlter ve Hülya Baykara adlı şəxslər aktrisaya müraciət edərək, 1236 lirə qarşılığında bioqrafiyasını ensiklopediyaya salacaqlarını söyləyib. Aktrisa da gənclərlə razılaşaraq kredit kartının məlumatlarını onlara verib.

Ancaq daha sonra məlum olub ki, bu şəxslər il ərzində bir dəfə yox, 10 dəfə kartdan pul çəkib və aktisanı 13 min lirə ziyana salıblar. Bu səbəbdən Yeşilçay polisə müraciət edib. Dələduzlardan Hülya Baykara həbs olunsa da, illərdir axtrılan Turqut İlker isə bu günlərdə tapılıb. Hər ikisinə 2 il yarım həbs cəzası verilib.

AzNews.az