20:42
(077) 610-22-33

“Səhra yuxuları”nın bəxti bu dəfə də gətirmədi

  • >
588 24 Mart 2013 09:38 | Mədəniyyət

Bakı Bələdiyyə Teatrının repertuarına salınan "Səhra yuxuları" nın məşqlərinin dayandırılması haqqında məlumat vermişdik. Amma rejissor Rövşən Almuradlı AzNews.az-a açıqlamasında tamaşanın məşqləninin dayandırılması xəbərini təkzib etdi.

Amma Bakı Bələdiyyə Teatrının aktyoru Aydın Əliyev AzNews.az-a açıqlamasında "Səhra yuxuları"nın dondurulmasını təsdiqlədi: "Bu səhnə üçün yazılmış əsər deyil. Mən bu əsəri bəyənmirəm. Elədir, dayandırılıb. Orada mən də rol almışdım. Amma son sözü rəhbərlik deyir".

A.Əliyev onu da bildirdi ki, Anarın "Səhra yuxuları" bundan əvvəl Akademik Milli Dram Teatrında tamaşaya qoyulub: "Tamaşaya mərhum rejissor Vaqif İbrahimoğlu quruluş vermişdi. Bircə dəfə oynanıldı".

Bahar Rüstəmli
AzNews.az

Bağla X