Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsi, Ruhulla Axundov adına mədəniyyət evində fəaliyyət göstərən poeziya klubunun növbəti şeir məclisi dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunub. Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsi, Ruhulla Axundov adına mədəniyyət evində fəaliyyət göstərən poeziya klubunun növbəti şeir məclisi dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunub.

AYB-nin Xəzər bölməsi Nəsimi Festivalına hazırlaşır

Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsi, Ruhulla Axundov adına mədəniyyət evində fəaliyyət göstərən poeziya klubunun növbəti şeir məclisi dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunub.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Xəzər bölməsinin sədri Arif Buzovnalı rəhbərlik etdiyi qurumdan 6 nəfərin festivala qatılacağını, onların arasından yalnız birinin, festival iştirakçıları arasından isə ümumilikdə üç nəfərin qalib olacağını deyib. Diqqətə çatdırıb ki, iştirakçılar arasında böyük rəqabət var.

Tədbir festivalda iştirak edəcək gənc yazarların öz şeirlərini oxuması ilə davam edib. Onların şeirlərindəki qüsurlar diqqətə çatdırılıb, səhvlərin aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.

AzNews.az