17:32
(077) 610-22-33

Əlyazmaların elektron kitabxanası yaradılacaq

  • >
419 3 May 2013 09:32 | Mədəniyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu "Əlyazmaların elektron kitabxanası"nı yaradacaq.

İnstitutun direktor əvəzi Paşa Kərimov Trend-ə bildirib ki, bu məsələ "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulub. Elektron kitabxananın yaradılması əlyazma­lar­dan istifadəni asanlaşdıracaq.

Kərimov bildirib ki, institutdakı əlyazmaların kitabxanasını yaratmaq üçün mövcud cihazların sayı yetərli deyil. Bu işin sürətlə yerinə yetirilməsi üçün cihazların sayı artırılmalıdır.

Həmin cihazların bahalı olduğunu deyən Kərimovun sözlərinə görə, onların əldə edilməsi üçün bir müddət əvvəl bəzi xarici müəssisələrə müraciət ediblər.

AzNews.az
Bağla X