05:21
(077) 610-22-33

“Azərbaycan - İslam incisi” adlı fotosərgi- Türkiyədə

  • >
969 21 Noyabr 2013 16:36 | Mədəniyyət

Türkiyədə Əskişhər Osman Qazi Universitetində "Azərbaycan - İslam incisi" adlı fotosərgi açılıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat ximdətindən AzNews.az-a verilən məlumata görə, sərgi "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəkvətilik" mövzusunda beynəlxalq simpozium çərçivəsində açılıb.

Sərgi prezident İlham Əliyevin Azərbaycanda tarixi məscidlərin bərpası və yeni məscidlərin inşası ilə bağlı fəaliyyətini əks etdirən və ölkədə islam memarlığının, dininin yayılmasını tərənnüm edir.

Sərginin açılış mərasimində Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun icraçı katibi Elməddin Mehtiyev və Türkiyənin bir sıra rəsmi şəxsləri çıxış edərək bildiriblər ki, sərgidə nümayiş etdirilən məscidlərə təkcə ibadət evi kimi baxmaq doğru deyildir. Məscidlərin arasında elələri var ki, onlar Azərbaycan xalqının tarixən mənəvi ocağı olublar. Bu baxımdan onlar Azərbaycanın daşlaşmış yaddaşıdır.

Tədbirdə qeyd edilib ki, Cənubi Qafqazın ilk məscidi, 1918-ci ildə xalqımıza qarşı həyata keçirilən soyqırım zamanı erməni daşnak-bolşevik hərbi birləşmələri tərəfindən yandırılaraq yerlə-yeksan edilmiş Şamaxı Cümə məscidi Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən bərpa edilərək yenidən qurulub və bu ilin mayda təntənəli açılışı olub.

Qeyd edək ki, sərgi 1 həftə ərzində Əskişhər Osman Qazi Universitetində ziyarətçilərə açıq olacaq.

AzNews.az
image description image description
Bağla X