16:14
(077) 610-22-33

Qarabağ dəhşətlərindən bəhs edən kitab çıxıb

  • >
868 15 Avqust 2012 08:54 | Mədəniyyət

"Sonuncu ay işığı" adlı roman nəşr olunub. Elçin Arifoğlunun bu romanında Qarabağ müharibəsi zamanı itkin düşən həmyerlimizin taleyindən söhbət açılır. Erməni həbçilərinin əlinə keçən üç gənc- iki dost və onların hər iksinin sevdiyi bir qızdan bəhs edən əsərdə müəllif müharibənin içində bir məhəbbət üçbucağı təsvir edir.
Bu üç gənc yer üzərinin cəhənnəm təcəssümünə çevrilən gizli bir əsr düşərgəsinə necə gedib çıxırlar? Burada onların başına nələr gəlir? İnsanı dəli olmaq həddinə çatdıran dəhşətləri yaşadıqdan sonra sağ qalan oğlanlardan birini hamının ürəyinin partladıb ölə biləcəyi bir məqamlarda belə yaşamağa və dözməyə nə məcbur edir? O niyə dözür, o niyə ölmür?..
Bütün bu sualların cavabı "Sonuncu ay işığı" romanında açıqlanır.
"Apostrof" Çap Evində nəşr olunan kitabın redakotru Aqil Alışovdur.

Bahadur Qobustan
AzNews.az

Bağla X