01:30
(077) 610-22-33

Gülşən Tanrıdaş: Duyğu yarpaqları

  • >
434 7 Yanvar 2014 21:10 | Mədəniyyət

Hər insan bir hissə bənzəyər,
Biri sənə gülüşü xatirladar
Biri kədəri,
Birində qəzəbi görərsən
Birində sevincə dönərsən,
Keçici hisslər, keçici təmaslar,
Keçməyən bir hiss var yalniz,
O da ki Darixmaq.
bənzəri varmı?
bir bilsəydim

***
Mən bir dəfə ölmüşdüm əslində. Tam doqquz il ölü kimi gəzdim. Yeyirdim-içirdim, amma hiss etmirdim. Sonra Tanri səxavətini əsirgəmədi, ruhundan yenə üfürdü. Beləcə dirildim. İndi bir daha ölmək istəmirəm, axi hər qayidiş üçün bu qədər ömür xərcləmək lazım gəlir. Həm də bu sonuncu şansdi. Qoy onu o biri dunya üçün saxlayim. Bəlkə ondan sonra bir daha ölmədim...

***
Tarix qanımda axır...
Vicdan məni qınayır.
Gözlərimdə qan aglayir,
əvvəl axır sular durulacaq,
bəlkə Tanrim elə məni sınayır...

***

Ayrılar yollar,
Bəzən yenidən birləşmək üçün,
Sükut çökər araya yenidən səslənmək üçün,
Üzülər əllər
Yenidən birləşmək üçün,
Qırılar ümidlər
Yenidən başlamaq üçün,
Qaranlıqlar alar üstümüzü
Yenıdən aydınlığın(Günəşin) qədrını bılməmiz üçün
Düşmənə möhtac olarıq bəzən,
Doğrunun yolunu görməmiz üçün.
Hər şərdə xeyir var,
Qırma ümidini
Dünyanın düyünü həmişə belə təzadlarda açildı,
Neçə həqiqət duruldu,
Neçə yalan puç oldu,
Dərindən düşünsək
Yaşadıqlarımız
Yaşamadıqlarımıza bir işıq oldu,
İndi səhərini düşün,
Millətinə bax,
sadəcə çalış aydınlıq üçün.

***
ilk xəzan səni apara bildi, demek yarpaq qədərmiş tutumun ömür ağacımdqa...
unutma, ağaclar itirdiyi yarpaqların günahkarı deyil...

***
Sənətlə imanın birlişməsidi gözəllik, əzizim...

***

Gözlərdə sönmüş bir umid,
baxışlarda ağrılı laqeydlik,
üzlərdə donuq bir kədər...
yox, məni uşaqlığıma qaytarın. mən yenidən gülmək və ağlamaq istəyirəm!
Bağla X