NİDA sənədli film çəkib


NİDA Vətəndaş Hərəkatı "5 fəsil" adlı sənədli film çəkib. Hərəkatın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, "Elephant production"la birgə istehsal edilən filmin təqdimatı yanvarın 11-də keçiriləcək.

Sabah saat 15:30-da Müsavat Partiyasının qərərgahında "5 fəsil" filminin təqdimatı baş tutacaq.

"5 fəsil" filmi Azərbaycanda son iki ildə cərəyan edən siyasi proseslərdən bəhs edir.

Təqdimatdan sonra ekspertlərin iştirakı ilə filmin müzakirəsi keçiriləcək.

Bahar
AzNews.az