04:58
(077) 610-22-33

Bakıda “Global Village” festivalı keçirilir- FOTOLAR

  • >
1 581 3 Mart 2014 12:35 | Mədəniyyət

Azərbaycan Beynəlxalq Tələbə Təşkilatı "Global Village" adlı mədəniyyət festivalı keçirir.

Təşkilatdan AzNews.az-a verilən məlumata görə, "Global Village" rəngarəng tədbir olması ilə yanaşı, müxtəlif ölkələrin mədəniyyətlərini, yerli və xarici vətəndaşların adət-ənənələrinin təbliği vasitəsi ilə ölkədə mədəni müxtəlifliyin artmasına, Azərbaycan gənclərinin mədəni həssasliğının və tolerantlığının inkişafına yardım edəcək.

Həmçinin, müxtəlif ölkələrin və dünya xalqlarının mədəniyyətlərinin aşılanması, "dünya vətəndaşı" anlayışının yaranmasına təkan olacaq.

Tədbir zamanı yerli vətəndaşlar müxtəlif yarışmalarda və təqdimatlarda iştirak edə bilərlər.

"Global Village" mədəniyyət festivalı martin 7-si saat 17:00-da Bakinin "Park Bulvar" ticarət mərkəzində keçiriləcək. Yalnız həmin gün "Park Bulvar" ziyarətçiləri dünyanın bir neçə guşəsinə səfər etmək şansı əldə edəcək. Layihənin rəhbəri gənc tələbə Aysel Əkbərovadır. Hər kəsin maraq dairəsini əhatə edəcək bu tədbirdə iştirak sərbəstdir.

AzNews.az
Bağla X