12:20
(077) 610-22-33

Teatrın afişası

  • >
731 3 Sentyabr 2012 15:08 | Mədəniyyət

Dövlət Kukla Teatrı sentyabr ayının repertuar planını açıqlayıb. Teatrın mətbuat xidmətinin rəhbəri Səidə Haqverdiyevanın AzNews.az-a açıqlamasına görə, yeni mövsümün ilk tamaşası sentyabr ayının 18-də baş tutacaq: "Kukla teatrının yaradıcı kollektivi yeni mövsümü dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığı ilə açmağı planlaşdırıb. Sentyabrın 18-də teatr heyəti tamaşaçıları bəstəkarın "O olmasın, bu olsun" tamaşası ilə salamlayacaq".

Qeyd edək ki, sentyabr ayında uşaqlar Kukla Teatrının səhnəsində aşağıdakı tamaşalara baxa biləcəklər: "Göyçək Fatma", "Qocaq Əhməd", "Ələddin", "Sinqibadın xoşbəxtlik adasına səyahəti", "Dünya gözəli", "Ağ və qara", "Şəngülüm, Şüngülüm, Məngülüm", "Zınqrovlu pişik"...

Bahar
AzNews.az
Bağla X