02:37
(077) 610-22-33

Milli İnternet Mükafatına start veriləcək

  • >
541 18 Sentyabr 2012 19:33 | Mədəniyyət

Milli Net 2012 sentyabrın 20-də başlayacaq



AzNews.az xəbər verir ki, Milli Net müsabiqəsinin keçirilməsində məqsəd ölkədə İKT sektorunun, xüsusilə də İnternetin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.

Bu il keçirilməsi nəzərdə tutulan Milli Net 2012 Qaydalarında müəyyən dəyişikliklər edilib. Ötən ildən fərqli olaraq 2 yeni Nominasiya əlavə olunub və Nominasiyaların sayı artırılaraq 13-ə çatdırılıb. Aşağıdakı Nominasiyalar üzrə yarışmanın keçirilməsi nəzərdə tutulub.

Korporativ saytlar
İctimai-sosial saytlar
Media və İnformasiya
Mədəniyyət, incəsənət və turizm saytları
Ailə, uşaq və sağlamlıq
Asudə vaxt, idman və əyləncə
Bloqlar
Elm və təhsil
Dövlət və bələdiyyə saytları
Xidmət (Servis)
İstifadəçi kontenti üzərində qurulmuş saytlar
Ən yaxşı sosial şəbəkə
StartUp 2012
Qeydiyyat prosesi 20 Sentyabr tarixdən başlayır və noyabrın sonunda başa çatır. Səsvermə prosesi dekabrın 15-dək davam edəcək. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

İlkin
AzNews.az
Bağla X