06:24
(077) 610-22-33

Yeni aktyorun gəlişi Akademik Dram Teatrın kollektivini bir-birinə vurdu

  • >
2 384 24 Sentyabr 2012 11:40 | Mədəniyyət

Ramiz Novruzov: “Oqtay tamaşada rol alan aktyorlardan kimlərisə qane etmir”



Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq "Napaleon" tamaşası bütün kollektivi bir-birinə vurub. Qalmaqala səbəb tamaşada baş rolu Sumqayıt teatrının aktyoru Oqtay Mehdiyevə verilməsidir.

"Napaleon"da O.Mehdiyevə dublyor olan Xalq artisti Ramiz Novruz AzNews.az-a açıqlamasında teatrda kənardan dəvət edilən aktyora görə narazıların olduğunu təsdiqlədi: "Bu obraz əvvəldən Sumqayıt teatrının aktyoru Oqtay Mehdiyev üçün nəzərdə tutulmuşdu. Gəldi, oynadı. Ola bilsin ki, bunu işin arasında olmayanlar danışırlar. Amma hər ehtimala qarşı mənimlə də razlaşdılar.

Dedilər ki, "birdən rol bu aktyorda alınmaz. Hər ehtimala qarşı sən də hazır ol". Açığı mən də rolun adına görə tamahlandım. Gördüm ki, Oqtay maraqlı oynayır, yaxşı detalları var. Odur ki, geri çəkildim. İstəmədim rolu onun əlindən alam. Onsuz da Akademik Teatrın adı çıxıb ki, guya, biz kimlərəsə imkan vermirik. Odur ki, imkan yaratdım ki, oynasın. Amma mən onun Akademik teatrın səhnəsinə gəlişinə narahat olmamışam. Mən sizinlə razıyam. Ortada narazılar var. Ola bilsin ki, Oqtay tamaşada rol alan aktyorlardan kimlərisə qane etmir. Hər halda o, aramızda təzədir".

Bahar
AzNews.az
Bağla X