03:34
(077) 610-22-33

Müəllimlər Heydər Əliyev Sarayına toplanır

  • >
873 28 Sentyabr 2012 15:23 | Mədəniyyət

5 oktyabr Beynəlxalq Müəllimlər Günü ilk dəfə olaraq Heydər Əliyev adına Sarayda bayram tədbiri ilə qeyd olunacaq.

Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hazırlanır. İdarənin beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı AzNews.az-a bildirib ki, rəsmi və bədii hissədən ibarət olacaq tədbirdə yaradıcılıq kollektivləri öz çıxışları ilə müəllimləri təbrik edəcəklər.

Mərasimdə təhsil naziri Misir Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva, millət vəkilləri və hökumət təmsilçiləri iştirak edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X