14:38
(077) 610-22-33

Keçmiş prezident AzTV-dən çıxarıldı - Alışanovdan yeni təyinatlar

  • >
7 468 22 May 2015 00:00 | Mədəniyyət

2001-2006-cı illərdə “Space” müstəqil teleradio şirkətinin prezidenti olan Etibar Babayev AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən uzaqlaşdırılıb.


Bu haqda AzNews.az-a AzTV-dən məlumat verilib.

Məlumata görə, həmin vəzifəyə may ayının 5-də Prezident İlham Əliyevin sərəncamı ilə AzTV-nin sədr müavini vəzifəsindən çıxarılan Faiq Hüsiyev təyin edilib.

Qeyd edək ki, mayın 5-də işdən çıxarılan AzTV sədrinin radio üzrə keçmiş müavini Cavanşir Cahangirovun da yenidən AzTV-yə hansısa vəzifəyə qayıdacağı gözlənilir. Ancaq bu informasiya hələ öz təsdiqini tapmayıb.
Bağla X