03:42
(077) 610-22-33

ANAMA-dan yeni - Məlumat

  • >
1 051 10 May 2016 13:48 | Region

2016-cı ilin aprel ayı ərzində 7,412,514 kv.m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.


Bu barədə AzNews.az-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

1,707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1722 ədəd PHS zərərsizləşdirilib.

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 327,855,880 m2 ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718,029-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.
Bağla X