- Köhnə - Region
- 20 May 2016 16:31
- 8 290
Deputatların toxunulmazlıq hüququ ləğv edildi - Türkiyədə gözlənilməz qərar
Türkiyə parlamenti deputatları toxunulmazlıq hüququndan məhrum etmək barədə qanun layihəsini qəbul edib.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, qanun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Bu gün Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında keçirilən toplantıda qanun layihəsinin lehinə 376 millət vəkili səs verib.
Beləliklə qanun layihəsi referendum səsverməsinə çıxarılmayacaq.
Aydan AXUNDOVA