17:00
(077) 610-22-33

Kılıçdaroğlu: “Bir canımız var, o da bu məmləkətə fəda olsun”

  • >
2 883 25 Avqust 2016 17:09 | Region

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı təşkil edilən silahlı hücum nəticəsində 1 nəfər ölüb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kılıçdaroğlu özü məlumat verib. O, terror aktına baxmayaraq proqramına davam edəcəyini bildirib: "Proqramımızı ləğv etməmişik. Bələdiyyə binamız yeni inşa edilib, açılışına gedəcəyik. Daxili işlər nazirimiz zəng vurdu. Jandarma helikopter göndərəcək, proqramımıza davam edəcəyik. Bir terror aktıyla qarşı-qarşıyayıq. Kaş ki ölkəmizdə terror olmasaydı. Allahın verdiyi bir canımız var, o da bu məmləkət üçün fəda olsun. Bir şəhidimiz olduğu barədə xəbər aldıq. Maşında uzun müddət gözlədik. Bu cür hadisələrdə geri addım atmağımız barədə söhbət belə gedə bilməz. Prezident və Baş nazir ilə görüşdüm, təşəkkür etdim".

Aydan AXUNDOVA
Bağla X