11:30
(077) 610-22-33

Müxalifət lideri təcavüzdə ittiham edilərək həbs olundu

  • >
637 5 Dekabr 2012 10:32 | Region

Qırğızıstanda keçmiş prezidentliyə namizəd təcavüzdə ittiham edilir. Müxalifət düşərgəsinin təmsilçisi, Xalq-Vətənpərvərlik Hərəkatının lideri və prezidentliyə keçmiş namizəd Nurlan Motuyev bu ittihamla həbs edilib.

AzNews.az "K-News"ə istinadən xəbər verir ki, hazırda Bişkekdəki istintaq təcridxanasında saxlanılan Motuyev 21 yaşlı paytaxt sakininin şikayəti əsasında saxlanılıb.

Qadının sözlərinə görə, Motuyevlə bir müddət əvvəl tanış olub. Müxalifətçi onunla evlənməyi vəd etsə də, sonradan vədinə əməl etməyib. Şikayətçi ərizəsində Motuyevin onu evinə dəvət edərək zorladığını bildirib.

Müxalifət təmsilçisi haqqında cinayət işi başlanılıb. Lakin Motuyev ifadə verməkdən imtina edib.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X