20:47
(077) 610-22-33

İranda daha 24 nəfər edam olunacaq

  • >
104 20 Fevral 2013 14:39 | Region

İranın Şiraz, Ərak və Tehran şəhərlərində son 1 həftədə 16 nəfər edam edilib. APA-nın "RadioFarda"ya istinadən məlumatına görə, edam edilənlər narkotik maddələrin qaçaqmalçılığında və qadınlara təcavüz etməkdə təqsirləndirilib.

Şirazda 12 nəfər, Ərakda 3 nəfər, Tehranda isə 1 nəfər edam edilib. Şiraz İnqilab Məhkəməsinin rəsmi saytı 8 nəfər edam edilənlərdən birinin qadın olduğunu yazıb. Fars vilayətinin prokurorunun müavini Əli Əlqasi isə bildirib ki, Fars vilayətində yaxın günlərdə narkotik maddələrin qaçaqmalçılığında və təcavüzdə təqsirləndirilən 24 nəfər edam ediləcək.

AzNews.az
Bağla X