- Köhnə - Region
- 20 May 2013 15:00
- 1 616
Vitse-spiker prezidentliyə namizədliyini geri götürdü
İran parlamentinin I vitse-spikeri Məhəmməd Həsən Əbuturabi Fərd ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini geri götürüb
Bu barədə Trend bazar ertəsi "Mehr" agentliyinə istinadən məlumat verir.
Guya Əbuturabi Fərd parlamentin 200 deputatı tərəfindən imzalanmış məktub alıb və onlar məktubda Fərdin parlamentdə işini davam etdirməsini istəyiblər.
Əbdulturabi Fərd deputatlara təşəkkür edib və parlamentdə vitse-spiker vəzifəsində işini davam etdirmək arzusunda olduğunu deyib. O bu bəyanatından sonra perzidentliyə namizədliyini rəsmən geri götürüb.
AzNews.az