- Köhnə - Region
- 27 May 2013 12:58
- 6 490
Lavrovla Nalbandyan Bişkekdə görüşdü
Bişkekdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü keçirilib
APA-nın Rusiya XİN mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli münasibətlərin və beynəlxalq gündəmin aktual mövzularını müzakirə ediblər. Görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik və stabilliyin qorunması məsələsi də müzakirə olunub.