22:03
(077) 610-22-33

İki nəfər edam edildi - İranda

  • >
208 30 İyun 2013 06:02 | Region

İranda 2 nəfər edam edilib.
APA-nın məlumatına görə, onlardan biri – Hüseyn Tukan Əhvaz şəhərində, "Salman Farsi" dördyolunda, əhalinin gözü qarşısında qaldırıcı krandan asılıb, Digər məhbus (onun ad və soyadının yalnız baş hərfi yazılıb) isə Gəcsaran şəhərində həbsxanada dara çəkilib. Onlardan birincisi narkotik maddələrin qaçaqmalçılığında, digəri isə qətldə günahlandırılıb. Belə ki, ikinci məhbus 2006-cı ildə Gəcsaran-Paznan küçəsində Möhsün Hüseyn Niki tapança ilə qətlə yetirib. Onlar barəsində aşağı instansiya məhkəmələrinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 29-da səhər saatlarında icra edilib.

Qeyd edək ki, İran Çindən sonra edamların sayına görə dünyada ikinci yerdədir.

AzNews.az
Bağla X