00:54
(077) 610-22-33

Putin Pussy Riot qrupunu tənqid etdi

  • >
463 3 Avqust 2012 10:44 | Region

Vladimir Putin Müqəddəs Xilaskar Məsih Kilsəsində etdikləri aksiyaya görə, Pussy Riot qrupunu tənqid etdi. Amma onlar barəsində sərt hökm çıxarılmasının tərəfdarı olmadığını qeyd edib. AzNews.az saytının Ria Novosti xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Rusiya prezidenti bu fikirləri Londonda jurnalistlərlə görüşü zamanı səsləndirib. Putin bildirib ki, əgər qızlar belə bir hərəkəti İsraildə və yaxud Qafqazda etsəydilər, biz onları heç mühafizə altına belə ala bilməzdik. " Ümid edirəm ki, onlar baş verənlərdən bir nəticə çıxaracaqlar.
Amma yenə də son qərarı məhkəmə verməlidir.", sözləri ilə Putin çıxışını bitirib. London Olimpiya oyunlarında Rusiya idmançılarının çıxışlarını izləməyə gələn Putinə bir çox Britaniya qəzetləri siyasi məhbusları, o cümlədən Pussy Riot qrupunun üzvlərini azad etmək barədə müraciət ediblər. Pank qrupa dəstəyə Böyük Britaniyanın keçmiş xarici işlər nazirləri Malkolm Rikfind və Devid Milibend də qoşulublar. Bundan əlavə qrupa The Who, Pulp və Pet Shop Boys qruplarının üzvləri, Nil Tennant, Jarvis Cocker və başqaları dəstək məktubu yazıblar. Xatırladaq ki, Pussy Riot qrupunun 3 üzvünü xuliqanlıq maddəsi ilə həbs ediblər və məhkəmənin nəticəsindən asılı olaraq onları 7 ilə qədər həbsxana həyatı gözləyir.
Vasif
AzNews.az


Bağla X