11:30
(077) 610-22-33

Keçmiş prezident 4 illik həbs cəzası aldı

  • >
628 3 Avqust 2012 15:29 | Region


Monqolustanın keçmiş prezidenti Nambarın Enxbayar korrupsiyada günahlandırılaraq 4 illik həbs cəzası aldı. AzNews.az-ın lenta.ru-ya istinadən yaydığı məlumata görə, məhkəmə keçmiş prezidentin 18,5 min ABŞ dollarını da müsadirə edib. Xatırladaq ki, Nambarın Enxbayar 2005-2008-ci illərdə Monqolustanın prezidenti olub. 2012-ci ilin aprelində isə hakimiyyətdə olduğu dövrdə səlahiyyətlərindən sui-istifadə etmə və korrupsiyada günahlandırılaraq həbs olunub. May ayında isə şərti azadlığa buraxılıb. Eks-prezidentin tərəfdarları hesab edir ki, hakimiyyət bu hadisədən istifadə edərək onu növbəti prezident seçkilərindən kənarda qoymaq istəyir. Enxbayarın vəkilləri isə qanunvericiliyə uyğun olaraq, 14 gün ərzində appelyasiyaya müraciət edəcəklərini bildiriblər.

Vasif

Aznews.az


Bağla X