08:00
(077) 610-22-33

“Milyarderlər İttifaqı tamamilə cəfəngiyyatdır“ - Araz Ağalarov

  • >
265 5 Noyabr 2013 15:56 | Region

"Krokus-Siti" şirkətinin prezidenti, biznesmen Araz Ağalarov siyasətə gəlmək istəyinin olub-olmaması ilə bağlı ona ünvanlanan sualı cavablandırıb.


"Qafqazinfo" xəbər verir ki, Ağalarov belə bir niyyətinin olmadığını bildirib: "Xeyr. Siyasət kifayət qədər ağır mövzudur. Burada sən istədiyini sona qədər edə bilməzsən. Çünki həmişə səni saxlayan faktorlar var, manevr etmək lazımdır. Biznesdə isə sənin konkret məqsədin var, özün üçün nə isə etməyi qərar aldınsa hər şey sənin özündən asılı olur".

Daha sonra Ağalarov jurnalistin "Biznesdə elə məqamlar olur ki, Rusiya üçün nə isə etmək lazımdır, lakin bu Azərbaycan üçün ziyanlı ola bilər? Sizdə belə bir məqamlar olmayıb? Məsələn, bir neçə il əvvəl "Milyaderlər İttifaqı" adlanan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı yarananda deyirdilər ki, bu, Kremlin Bakıya birbaşa təzyiqidir. Burada qərarlar necə qəbul edilir?" sualını cavablandırıb: "Bu, tamamilə cəfəngiyyatdır. İlk olaraq, Milyarderlər İttifaqı özü tamamilə cəfəngiyyatdır... Mən bir sıra liderlərlə ünsiyyətdə oluram. Yeri gəlmişkən, məni dinləyirlər, mənimlə məsləhətləşirlər. Demək olmaz ki, mən bu məsələdə yararsızam. Hesab edirəm ki, demək olar ki, siyasətdəyəm".

Ağalarov sosial şəbəkələrdə aktivliyinə də diqqət çəkib və bildirib ki, "Twitter"i köməkçiləri idarə etsələr də, "İnstagram"ı özü şəxsən idarə edir.


AzNews.az
Bağla X