13:37
(077) 610-22-33

Kontr-admiral: “İran Hörmüz boğazına tam nəzarət edir“

  • >
502 6 Avqust 2012 15:54 | Region

"Vaşinqtonun hazırki aksiyaları bizə təsir etmir"


İran Hörmüz boğazında manevrlər həyata keçirən ABŞ-ın mina eskadralarına əhəmiyyət vermir. AzNews.az xezerxeber.com-a istinadən verdiyi məlumata görə, bu bəyanatla İran HDQ-nin komandanı kontr-admiral Həbibullah Səyari çıxış edib. "FarsNews"un verdiyi xəbərə görə, kontr-admiral İranın Hörmüz boğazında manevrlər həyata keçirən ABŞ-ın mina eskadralarına əhəmiyyət vermədiyini deyib. O bildirib: "İran ABŞ-ın çox hərəkətlərinin şahidi olub, bu səbəbdən rəsmi Vaşinqtonun hazırki aksiyaları bizə təsir göstərmir. Fars körfəzi ölkələrinin xalqları İranın Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin qarantı olduğunu bilirlər. İran region ölkələri ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirir bə transregional ölkələrin iştirakına ehtiyac duymur".


AzNews.az

Bağla X