14:56
(077) 610-22-33

Qazaxıstanda uzun illər sonra Azərbaycan ermənisindən “qisas aldılar”

  • >
945 21 Noyabr 2013 20:49 | Region


Qazaxıstan paytaxtı Astana şəhərindəki ən böyük küçələrdən biri olan Levon Mirzoyan küçəsinin adı dəyişdirilib. Artıq həmin küçəyə Kanış Setbayevin adı verilib. Bu haqda Modern.az-a Orta Asiyada çalışan azərbaycanlı jurnalist Aida Eyvazova məlumat verib.

Jurnalist bildirib ki, Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov və onun ətrafında birləşən azərbaycan diasporu bu məsələni gündəmdə saxlayırdılar.

Dünən bu məsələlərin həllinə nail olunduğunu bildirən Aida Eyvazlı, Qazaxıstanda bütün türk dünyası üçün gözəl bir hadisənin baş verdiyini vurğulayıb.

"Oradakı soydaşlarımız və qazaxlar sevinirlər ki, Mirzoyanın adı o küçədən götürüldü. Çünki Mirzoyan 1937-cil ildə qazax ziyalıların repressiyaya məruz qalmasına qol çəkib". Aida Eyvazlı onu da qeyd edib ki, o özü də bu məsələni gündəmə gətirənlərdən biri olub. Və bu gün bu məsələnin həllini tapdığına sevinənlərdən biridir.
"Mən sevinirəm ki, qazax xalqınını düşməni Mirzoyanın adı o küçədən götürüldu və Setbayevə verildi" deyə xanım jurnalist qeyd edib.
Azərbaycan ermənisi Levon Mirzoyan Qazaxıstanda bu ölkənin öndə gedən ziyalılarını məhv edən şəxslərdən olub. 1937-38-ci illərdə Qazaxıstanda yüz minlərlə günahsız insan repressiyaya məruz qalıb. Onların bir çoxu güllələnib. Və həmin dönəmdə Respublikaya məhz Mirzoyan başçılıq edib.

AzNews.az
Bağla X