“Mübarizəyə davam edin” “Mübarizəyə davam edin”

Timoşenko xalqı qiyama çağırdı

“Mübarizəyə davam edin”



Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko həbsxanadan xalqı qiyama çağırıb.

Timoşenkonun qızı Yevgeniya "Avromeydan" hərəkatında iştirak edənlərə anasından gətirdiyi mesajı oxuyub.

Timoşenko qızı vasitəsilə göndərdiyi mesajında xalqı bütün ölkə səviyyəsində etiraz nümayişləri keçirməyə çağırıb.

Məhbus lider vaxtından əvvəl seçkinin keçirilməsi barədə qərar verilməyənə qədər müxalifətdən hakimiyyətlə danışıqlar masasına oturmamağı tələb edib.

"Geri addım atmayın. Mübarizəyə davam edin" deyə Timoşenko bildirib.

Elman
AzNews.az