11:54
(077) 610-22-33

Zəlzələ bölgəsində vəhşi heyvanlar cəsədlərə hücum edir

  • >
902 14 Avqust 2012 11:07 | Region

Bəzi kəndlərə hələ də yardım quvvəsinin getmədiyi bildirlir



İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdə viran qalan kəndlərə vəhşi heyvanlar hücum edib. Bu barədə məlumatı İranın "BayBək" saytı yayıb. AzNews.az-ın şözügedən sayta istinadən verdiyi məlumata görə, bəzi kəndlərə hələ də xilasedicilərin getməməsi və cəsədlərin dəfn olunmaması canavar və itlərin bu ərazilərə hücumuna səbəb olub. Sayt bildirib ki, heyvanlar təkcə cəsədlərə yox, həm də çadırda məskunlaşan insanlara hücum ediblər.


Bölgədə yoluxucu xəstəliklərin artması ehtimalının da artdığı vurgulanır: "200 min nəfərə yaxın insan evsiz qalıb, dərman və yemək çatışmır. Dövlət rəsmiləri xilasetmə işlərinin bitmiş elan etsə də, hələ də bəzi kəndlərə yardım quvvəsi getməyib. Zəlzələdən zərər çəkən əhaliyə yardım aparan sakinlərlə polis qüvvələri arasında toqquşma baş verib. Polis bütün yardımların Qızıl Aypara Cəmiyyətinin xətti ilə aparılacağını bildirib və sakinlər tərəfindən aparılan yardımlar müsadirə olunub".


Sayt həmçinin Azərbaycan və Türkiyə də daxil olmaqla digər ölkələrdən göndərilən yardımların da zəlzələdən zərər çəkənlərə vaxtında çatdırılmadığını vurğulayıb.

Məlumat üçün bildirək ki, 17 il əvvəl Ərdəbildə baş verən zəlzələdə zamanı da vəhşi heyvanların kəndlərə və əhaliyə hücum faktları qeydə alınmışdı. Həmin dövrdə Ərdəbil valisi olan İranın indiki prezidenti Mahmud Əhmədinejat zəlzələdən zərər çəkənlərin çadırlarının dağlarda qurulması tapşırığını vermış və gecələr əhali vəhşi heyvanların hücumuna məruz qalmışdı.


Kəmalə

AzNews.az

Bağla X