01:20
(077) 610-22-33

Rusiya Ermənistanı “qazla” sıxır

  • >
403 15 Avqust 2012 10:52 | Region

Tərəflər hələdə qazın qiyməti ilə bağlı razılığa gələ bilmirlər


Ermənistanın ağır borc və iqtisadi böhran şəraitində olduğu bir vaxtda Rusiya da bu ölkəni qaz qiymətləri ilə sıxır. AzNews.az armenpress.am saytına istinadən xəbər verir ki, tərəflər Ermənistana ixrac olunan qazın tarif qiymətlərində razılığa gələ bilmirlər.


Bu ölkənin gündəmini işğal edən məsələ ilə bağlı Enerji və Təbii Sərvətlər Nazirliyindən armenpress.am saytına açıqlama verilib və bildirilib ki, "danışıqların nə vaxt başa çatacağı barədə hələ ki, dəqiq vaxt söyləmək çətindir". Həmçinin əlavə edilib ki, nazirlik son razılaşma əldə edildikdən sonra içtimaiyyətə açıqlama verəcək.

Qeyd edək ki, Ermənistan prezidenti Rusiya səfərində həmkarı Vladimir Putinlə məsələni müzakirə edib və ondan qiymətlərin məqbul səviyyədə saxlanmasını xahiş edib. Nəzərinizə çatdıraq ki, hazırda Ermənistan qazın 1000 kubmetri üçün 180 dollar ödəyir ancaq bu rəqəmin 300 dollara qədər qalxma ehtimalı var. Nəzərə alsaq ki, qarşıdan payız və soyuq qış gəlir, Ermənistan isə qaza daha çox büdcə vəsaiti ayırmaq iqtidarında deyil, o zaman vəziyyətin ziddiyəti ortaya çıxır.


Sadiq

AzNews.az

Bağla X