18:05
(077) 610-22-33

Türkiyədə yaşayan soydaşımız Abdulla Güllə görüş tələb etdi

  • >
174 14 Yanvar 2014 08:35 | Region

Türkiyədə yaşayan güneyli soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Ankara təmsilçisi Məhbub Əmrahi prezident Abdulla Gülə müraciət edib.


M.Əmrahinin AzNews.az-a verdiyi məlumata görə, A.Gülə müraciətində o, prezidentdən görüş istəyib: "Son zamanlarda Səfəvi dövlətinin türk olub-olmadığı haqqında "Möhtəşəm yüz il" serialındakı iddialarla əlaqədar İran əsilli güney azərbaycanlı olaraq Ankara Prokurorluğuna müraciət etmişdim.

Göndərdiyim müraciətdə bununla əlaqədar Cümhuriyyətimizin Cümhurbaşqanlığı emblemində Səfəvi dövlətinin 17-ci türk imperatorluğu olaraq yer almasını istəmişəm və israrla görüş tələb edirəm. Ümid edirəm ki, bu görüş tələbimə müsbət yanaşılacaq".

Qeyd edək ki, M. Əmrahi "Möhtəşəm yüz il" serialında Səfəvi dövlətinin fars kimi təqdim edilməsinə etiraz olaraq prokurorluğa müraciət etmişdi.

Elnarə
AzNews.az
Bağla X