- Köhnə - Region
- 24 Yanvar 2014 12:20
- 1 933
İranda kütləvi edam
İranın Kirmanşah bölgəsində yerləşən Dizelabad Mərkəzi Həbsxanasında 7 məhbus edam olunub.
Az.News.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, yanvarın 23-də qətl törətməkdə və narkotik vasitələrin qaçaqmalçılığında ittiham olunan 7 məhbus həbsxananın həyətində asılıb.
Edamla bağlı açıqlama verən Kirmanşah prokuroru deyib ki, edam olunan məhbuslardan 5-i 102 kq narkotik maddənin daşınmasına, 2 nəfəri isə törətdikləri qətl hadisəsinə görə ölüm cəzasına məhkum olunublar.
Elnur Soltanoğlu
Az.News.az