09:03
(077) 610-22-33

AKP Rza Zərrabı həbsdən qurtarıb

  • >
2 031 24 Yanvar 2014 14:34 | Region


Türkiyədə keçirilən rüşvət əməliyyatında həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab bundan əvvəl artıq bir dəfə həbsdən yaxa qurtarıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən il R.Zərraba məxsus 1,5 ton qızılın İstanbul aeroportunda saxlanması zamanı baş verib.

Həmin vaxt Rza Zərrabı pul və azadlıqdan məhrum edilmə cəzaları gözləsə də, bunu ancaq pul cəzası ilə məhdudlaşdırmaq mümkün olub.

Hakim Ədalət və İnkişaf Partiyasının təkidi ilə qanunlara edilən dəyişiklik R.Zərrabın azadlıqda qalmasını təmin edib.

Belə ki, 5607 saylı qanuna edilən dəyişiklik qızıl qaçaqmalçılığına görə nəzərdə tutulan həbs və pul cəzasının ancaq pul cəzası ilə əvəz edilməsini təmin edib.

Bu qərar aprelin 11-də qüvvəyə minib ki, bu da R.Zərrabı qızıl qaçaqmalçısı kimi məsuliyyətə cəlb edilməkdən azad edib.

Elnarə
AzNews.az
Bağla X