16:01
(077) 610-22-33

Ermənistandan Suriyaya daha bir jest

  • >
559 23 Avqust 2012 15:29 | Region

Ermənistan hökuməti Suriya vətəndaşlarına sürücülük vəsiqəsindən
istifadə etmək imkanı verib. Bu barədə qərar Ermənistan hökumətinin avqustun
23-də keçirilən iclasında qəbul edilib. "Panarmenian" saytının məlumatına görə,
qərar "Yol hərəkəti təhlükəsizliyi" haqqında qanun çərçəvəsində qəbul olunub.

Yeni qərara əsasən Suriya vətəndaşlarına sürücülük vəsiqələri ilə bağlı
güzəştlər nəzərdə tutulur. Ermənistanın diaspora naziri Qranuş Akopyan bildirib
ki, ölkəyə gələn 1700 suriyalının əksəriyyətində sürücülük vəsiqəsi var. Onlar
bir il müddətində Ermənistan ərazisində öz sürücülük vəsiqələrindən istifadə
edə biləcəklər. 1 ildən sonra isə vəsiqələrin dəyişdirilməsi nəzərdə tutulur.


Kəmalə

AzNews.az



Bağla X